-
- 20-03-2024, 21:37
- 374
Azərbaycan millisi Moldovaya 4 qolla qalib gəldi
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda 3-cü oyununu keçirib.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Millimizin dördüncü qolunu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub.
Beləliklə, Azərbaycan millisi qrupu 3 xalla 3-cü yerdə başa vurub. Qrupda 1-2-ci yerləri müvafiq olaraq Bolqarıstan və Sloveniya (hərəsi 7 xall), 4-cü yeri isə (0 xal) Moldova tutub.