Millimiz Latviyaya  qalib gəldi
    • 25-05-2022, 21:31
    • 305

Millimiz Latviyaya qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.

News24.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.

Ümid Səlimovun dubl etdiyi görüşdə digər qolu Şahin İbrahimov vurub.

Bu komandalar arasında növbəti qarşılaşma mayın 27-də oynanılacaq.