Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara MÜRACİƏT
    • 21-03-2024, 09:00
    • 254

Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara MÜRACİƏT


Daxili İşlər Nazirliyi kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosunun paylaşılması ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə  Daxili İşlər Nazirliyi mətbuat xidməti idarəsinin rəis müavini Zeyni Hüseynov bildirib.

"Novruz bayramında vətəndaşlarımız kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır.

Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün kart məlumatlarınızı məxfi saxlamanız xahiş olunur".