Xankəndi şəhəri ərazisində silah və qumbara tapılıb
    • 21-03-2024, 10:31
    • 1 068

Xankəndi şəhəri ərazisində silah və qumbara tapılıb


Xankəndi şəhəri ərazisində silah və qumbara tapılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 20-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.