Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat aldı
    • 21-03-2024, 15:44
    • 472

Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat aldı


Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

News24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan-Macarıstan oyununda hakim-inspektoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, matç martın 26-da Bakı vaxtı ilə saat 18:00-da Almatıdakı "Almaty Ortalyk" stadionunda start götürəcək.