Zümrüd Ağayeva UEFA-dan təyinat aldı
    • 6-03-2024, 16:33
    • 330

Zümrüd Ağayeva UEFA-dan təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Z.Ağayeva 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.