ABŞ-dan İsrailə böyük silah büdcəsi
    • 22-03-2024, 13:18
    • 108

ABŞ-dan İsrailə böyük silah büdcəsi

ABŞ-da 2025-ci il büdcəsinin təfərrüatları açıqlanıb.

News24.az xəbər verir ki, büdcədə diqqət çəkən maddə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər Agentliyinə ayrılan yardımın kəsilməsi olub.

1 trilyon 200 milyard dollarlıq büdcəyə hər il olduğu kimi İsrailə göndərilən müdafiə dəstək paketi də daxildir.

Qeyd edək ki, Pentaqonun büdcəsində İsrailə 3,8 milyard dollar hərbi yardım nəzərdə tutulub.

Günel Məlikzadə