ABŞ İsrailə on milyon dollar dəyərində silah göndərir
    • 17-02-2024, 10:20
    • 127

ABŞ İsrailə on milyon dollar dəyərində silah göndərir

ABŞ İsrail hakimiyyətinə on milyonlarla dollar dəyərində müxtəlif döyüş sursatları verməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ABŞ hakimiyyəti İsrailə  minə yaxın MK-82 bombası, həmçinin KMU-572 dəqiq istiqamətləndirici dəstləri və KMU-572 bombaları üçün qoruyucular vermək niyyətindədir.

Qeyd edək ki, fevralın 12-də ABŞ Konqresində mübahisələrə səbəb olan Ukrayna , İsrail və Tayvana təxminən 100 milyard dollarlıq yardımın ayrılmasına dair paket qanun layihəsi Senatda prosessual səsvermədən keçib . 

Fevralın 16-da Punchbowl News portalı ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı və Demokratik partiyalardan olan 10 üzvünün Ukrayna, İsrail və Tayvana yardım ayırmaq üçün alternativ qanun layihəsi hazırladığını bildirib .

Mehriban Mirzəzadə