-
- 25-04-2019, 11:13
- 1 086
Gənc fiziklərin finalçıları bəlli olub
Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsinin nəticələri bəlli olub.
News24.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird mübarizə aparıb. BŞTİ-dən o da bildirilir ki, rayon mərhələsinin nəticələrinə əsasən, Suraxanı rayonu üzrə 85, Xəzər rayonu üzrə 136, Sabunçu rayonu üzrə 96, Pirallahı rayonu üzrə 243, Səbail rayonu üzrə 236, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 240, Xətai rayonu üzrə 24 nömrəli tam orta məktəblər, Qaradağ rayonu üzrə 166 nömrəli məktəb-lisey, Nərimanov rayonu üzrə 291 nömrəli “Ekologiya” liseyi qalib gələrək final mərhələsinə vəsiqə qazanıblar.
Eyni bal topladıqlarına görə Binəqədi rayonu üzrə 83 və 313 nömrəli tam orta məktəblər də müsabiqənin final mərhələsində iştirak hüququ əldə ediblər. Rayon mərhələsində şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.
Qeyd edək ki, məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir.