-
- 23-03-2024, 10:28
- 315
Moskvada insanlar terror qurbanları üçün qan verirlər
Moskvada insanlar Crocus City Hall-da terror aktı qurbanları üçün qan verirlər.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Krokus Siti Holl”da baş verən terror aktından sonra insanlar donor olmaq üçün kütləvi şəkildə Qavrilov Qan Mərkəzinə gəlir.
Paytaxtın donor mərkəzi qan vermək istəyənləri saat 8.30-dan (Moskva vaxtı ilə) qəbul edir. Artıq binanın qarşısında böyük növbə yaranıb.
Onlarla narahat olan insan terror hücumundan zərər çəkənlərə “ən azı kömək etmək üçün nəsə etmək istəyir”. Səhiyyə naziri Mixail Muraşko 115 nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan beşinin uşaq, 60 böyük və bir uşağın vəziyyətinin ağır olduğunu bildirib.
Günel Məlikzadə