Bu məşhur da terrorun qurbanı oldu
    • 23-03-2024, 19:27
    • 177

Bu məşhur da terrorun qurbanı oldu

Martın 22-də "Crocus City Hall" konsert zalında baş verən terror aktı zamanı "Miss Tver 2001" Yekaterina Novoselova həlak olub.

News24.az Publika.az istinadən xəbər verir ki, onun adı Moskva vilayətinin Səhiyyə Nazirliyi tərəfindən dərc edilən və bu saata qədər yenilənən ölənlərin rəsmi siyahısına daxil edilib.

42 yaşı Yekaterina Novoselova 2001-ci ildə "Miss Tver" müsabiqəsinin qalibi olub.

Novoselova Moldovadan Tver vilayətinə köçüb. Mərhumun atasının keçmiş hərbçi olduğu deyilir.