Röyanın konserti təxirə salındı
    • 22-03-2024, 21:59
    • 326

Röyanın konserti təxirə salındı

Xalq artisti Röya Ayxanın Moskvada “Vegas City Hall”dakı konserti təxirə salınıb

Buna “Crocus City Hall”un konsert zalında baş verən silahlı insident səbəb olub. Baş verən atışma nəticəsində 12 nəfər qətlə yetirilib.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.

Teymur MƏMMƏDOV