-
- 25-04-2019, 14:10
- 899
BDU-nun 100 illiyinə həsr olunmuş bilik yarışması keçirilib
Sabah qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışmasının qaliblərinin mükafatalandırılma mərasimi keçirilib.
Təhsil Nazirliyindən News24.az-ın məlumatına görə, əvvəlcə BDU-nun 100 illik tarixindən bəhs edən videoçarx nümayiş olunub.Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, tələbələr onlara yaradılan imkanlardan düzgün bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rifahı, davamlı inkişafı naminə çalışmalıdırlar. Rektor bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizdə ali təhsil sahəsində aparılan siyasətin müsbət nəticəsini verdiyini qeyd edib. Nazir müavini bildirib ki, bu sahədə həyata keçirilən islahatların əsas məqsədi təhsilin maddi-texniki bazasının yüksəldilməsinə nail olmaq, keyfiyyətinin müasir tələblərə cavab verməsini təmin etməkdir. Eyni zamanda Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına nail olmaq, əmək bazarının tələblərinə uyğun savadlı, bacarıqlı və hazırlıqlı gənclər yetişdirmək əsas hədəflərdəndir.
SABAH qrupları barədə danışan Firudin Qurbanov bilik yarışını tələbələrin təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində, eləcə də, peşəkar kadr kimi yetişməsində mühüm addım kimi qiymətləndirib.
Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Bildirilib ki, bilik yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.
İştirakçıların sayı ötən illə müqayisədə 40 faiz artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə edib. Hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub.
Riyaziyyat ixtisası üzrə bilik yarışmasında BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov, müəllimlik ixtisası üzrə yarışda BDU-nun psixologiya ixtisasının II kurs tələbəsi Mərziyyə Əzməmmədova I yerin qalibi olublar.
Qeyd edək ki, BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov həmçinin informasiya texnologiyaları ixtisası üzrə bilik yarışmasında I yerin qalibi olub.Tədbir SABAH qrupları himninin sədaları altında bilik yarışmasının təşkili və SABAH qruplarının fəaliyyətini əks etdirən videoçarxların nümayişi ilə başa çatıb. Xatırladaq ki, ikinci ildir keçirilən bilik yarışmasının məqsədi SABAH qrupları tələbələrinin elmi, yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi, elmi-yaradıcı təşəbbüslərə həvəsləndirilməsi, araşdırma fəaliyyətinə təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.