-
- 14-01-2020, 18:06
- 980
“Təhsil avtobusu - Nəsimi” layihəsinə yekun vuruldu
Yanvarın 14-də “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin təşkilatçıları və tələbə-könüllülər iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək təhsilalanlar üçün bərabər imkan yaradılmasına dəstək verən “Təhsil avtobusu” layihəsinin Nəsimi ilində keçirilməsinin əhəmiyyətini, şagird və tələbələrin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu, onların bilik, bacarıq, dünyagörüşünü artıran təlim və intellektual yarışların önəmini vurğulayıb. Layihənin uğurlarından məmnunluğu ifadə edən nazir müavini onun əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə “Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbinə dair hesabat məzmunlu təqdimat və videoçarx nümayiş olunub.
Daha sonra “Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsinin meneceri, SABAH qruplarının məzunu Ülviyyə Axundova layihənin təşkili və həyata keçirilməsində göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlığa görə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə “Fəxri Fərman”la təltif olunub. Mükafatı Təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib.
Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.