-
- 25-09-2019, 18:33
- 1 716
Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi QEYD EDİLDİ
Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi Sentyabrın 25-də Sumqayıt Dövlət Universitetinin nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan tədbirdən öncə Təhsil nazirinin müavini Firudin Qurbanov Sumqayıt Dövlət Texniki Kollecində olub, təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanış olub, sinif otaqlarını gəzərək tədrisin keyfiyyəti ilə maraqlanıb. Kollecin müəllim-tələbə kollektivi ilə görüşən nazir müavini onları maraqlandıran sualları cavablandırıb, bir sıra tövsiyələr verib. Yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mətanət Piriquliyeva təhsil müəssisəsi barədə ətraflı məlumat verib, kollecin respublikamızda sənayenin inkişafında əhəmiyyətli rol oynadığını bildirib.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə Sumqayıtın sosial-iqtisadi inkişafından söz açıb və müasir Sumqayıtın ulu öndər Heydər Əliyevin əsəri olduğunu diqqətə çatdırıb. Ölkəmizdə aparılan uğurlu təhsil siyasətindən söz açan nazir müavini dövlət başçısı İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb. Firudin Qurbanov kollecin fəaliyyətindən söz açaraq bildirib ki, bu təhsil müəssisəsi yarandığı gündən indiyədək dövrün tələblərinə, əmək bazarına uyğun kadrların hazırlanması vəzifəsini layiqincə yerinə yetirir.
Nazir müavini dünyanın sürətlə inkişaf etdiyini və buna görə də daim yeniliklərə hazır olmağın vacibliyini də vurğulayıb.
Firudin Qurbanov çıxışının sonunda kollecin kollektivini təbrik edib və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov da öz növbəsində kollecin uğurlu fəaliyyətindən danışıb, kollecin müəllim-tələbə heyətini təbrik edib. Daha sonra Təhsil nazirinin müvafiq əmrinə əsasən, kollecin bir neçə əməkdaşı səmərəli fəaliyyətlərinə görə və kollecin 60 illik yubileyi münasibətilə təltif edilib. Tədbirdə kollecin 60 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.Конец переписки
.