Araz Ağalarovdan başverənlərə münasibət - VİDEO - FOTO
    • 24-03-2024, 01:30
    • 440

Araz Ağalarovdan başverənlərə münasibət - VİDEO - FOTO


"Crocus City Hall"un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına münasibət bildirib.

News24.az bildirir ki, o, oğlu Emin və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə gəlib.

"Dəhşətli faciə baş verdi və deyildi ki, son 20 ildə belə bir şey olmayıb", - Ağalarov RBC telekanalına deyib.

Onun sözlərinə görə, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar. "Əllərində avtomat tüfəng var idi. Gördükləri hər şeyə atəş açmağa başladılar. Bütün insanlar, mühafizəçilər. Bir mühafizəçi öldü, biri yaralandı. Onlar heç mühafizəçi də deyillər. Biz onlara "nəzarətçi" deyirik", - deyə Araz Ağalarov bildirib. O, baş verənləri insani dəyərlər baxımından izaholunmaz adlandırıb.// milli.az