-
- 24-03-2024, 09:20
- 499
"Tesla" bu ölkədəki avtomobil istehsalını azaldır
Tesla Çindəki fabrikində, aşağı tələbat və bazarda güclü rəqabətlə mübarizə apardığı bir mühitdə avtomobil istehsalını azaltmaq qərarına gəlib.
News24.az xəbər verir ki, şirkət rəsmiləri martın əvvəlində Şanxaydakı fabrik işçilərindən həftədə beş gün işləməyi və Çində istehsal olunan Model Y idman avtomobilinin, Model 3 sedanının istehsalını azaltmağı xahiş etdilər.
Tesla Avropa və Çində avtomobil qiymətlərini endirdikdən təxminən bir ay sonra fevral və mart aylarında ABŞ-da bəzi Model Y avtomobillərinin qiymətlərini müvəqqəti olaraq aşağı saldı.
Günel Məlikzadə