Sony və Honda-dan Tesla-ya rəqib
    • 17-02-2024, 18:50
    • 244

Sony və Honda-dan Tesla-ya rəqib

"Honda Sony" ilə əməkdaşlıq edərək, "CES 2024" sərgisində yeni elektrik modeli Afeela-nı istifadəçilərə təqdim edib. Sony Honda Mobility çətiri altında istehsal olunacaq yeni SUV modelinin texniki detalları açıqlanıb. 

News24.az şirkətlərin açıqlamasına istinadən xəbər verir ki, Afeela-nın hədəfi artıq təkcə elektrikli sedan deyil. Tesla-nın son qiymət endirimlərinə qarşı çıxmaq üçün hazırlanmış bir SUV və "büdcəyə uyğun" kompakt model də var. Afeela brendi altında istehsal olunacaq ilk model elektrik sedandır və onun 2025-ci ildə gəlməsi gözlənilir. Qeyd edək ki, sedan modeli 61 500 avro qiymət etiketi ilə təqdim olunacaq.

45-dən çox sensor və kameraya sahib olduğu ifadə edilən model, ADAS və məlumat-əyləncə kimi texnologiyalar üçün Qualcomm-un 800 TOPS hesablama tutumlu Snapdragon prosessorundan faydalanacaq. "Sony" ilə əməkdaşlıqda hazırlanmış "Afeela" ekran texnologiyası və məlumat-əyləncə sistemi baxımından kifayət qədər iddialıdır.

"Afeela" brendinin qiymət siyasətini bir şəkildə tarazlaşdırmaq üçün şirkət 2028-ci ildə seriyaya kompakt elektrik modelini əlavə edəcək. "Sony Honda Mobility" təsdiq edib ki, xərcləri aşağı saxlamaq və inkişafı sürətləndirmək üçün hər üç avtomobil eyni platformanı paylaşacaq.

Günel Məlikzadə