-
- 24-03-2024, 11:50
- 314
Bərbər işləyən qatillə bağlı YENİ FAKTLAR
Moskvada “Krokus Siti Holl”da baş verən terror hücumunun iştirakçılarından 19 yaşlı Tacikistan vətəndaşı Məhəmməd Fayzovla bağlı yeni faktlar üzə çıxıb.
Onun sonuncu çalışdığı bərbərxananın məlumatında Məhəmməd Fayzovun hadisədən öncə Rusiyada bir neçə bərbərxanada işlədiyi qeyd olunur.
Terrorçu 2 ay həmin yerdə çalışıb - noyabrda işə düzəlib, yanvarın 11-də işdən çıxıb.
Bərbərxananın direktoru isə bunları deyib:
“Onda şübhəli heç nə görməmişik. O, yaxşı usta sayılırdı, əvvəllər İvanovo bərbərxanasında işləyib. Bir vaxtlar İvanovoda yaşayırdı, sonra bizim kiçik Teykovo şəhərinə köçdü və bizimlə işlədi. Biz onu yaxşı tanımırdıq. Dediyinə görə, tək yaşayırdı, ailəsi yoxdur. O, yoxsul deyildi, heç nəyə ehtiyacı yox idi. Bahalı telefon işlədirdi. Onun ağlında nə olduğunu bilmirəm. Onda heç bir qəribəlik hiss etməmişdik".
Terrorçu saxlanıldıqdan sonra bərbərxanaya çox sayda zənglərin edildiyi, təhqir və təhdid mesajlarının gəldiyi bildirilib.
Qeyd edək ki, terrorçuların teraktı törətmədən öncə qaldıqları paytaxtın şimalında yerləşən “Okruzjnoy” otelinin sahibi də bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, terrorçular martın əvvəlində otaq götürüblər, özlərini olduqca sakit aparıblar.
"Onlar həmişə salam verib gülümsəyirdilər. Nəzakətli və gülərüz idilər. Oteldə onlar Tacikistan pasportları ilə qeydiyyatda olublar".
Məlumata görə, otel rəhbərliyi ilə rus dilini digərlərindən daha yaxşı bilən bərbər Məhəmməd Fayzov əlaqə saxlayıb. /Publika.az