-
- 22-03-2024, 22:59
- 467
Rusiyadan Moskvada baş verənlərə REAKSİYA
“Bütün dünya ictimaiyyəti “Krokus Siti Holl”da baş verən atışmanı pisləməyə borcludur”.
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, bütün səylər insanların xilas edilməsinə yönəldilib.
“Bütün dünya ictimaiyyəti “Krokus Siti Holl”da törədilən qanlı terror aktını pisləməlidir. Bu dəhşətli cinayətdir”, – Zaxarova vurğulayıb.