Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır
    • 24-03-2024, 23:19
    • 311

Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır

Yaponiyada sürətlə nadir bakterial infeksiya yayılır.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, həkimlər infeksiyaların rekord sürətlə yayılmasından narahat olduqlarını bildirirlər.

Söhbət 30%-ə qədər ölüm göstəricisi olan streptokok toksik şok sindromundan (STSS) gedir.

Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.

Qeyd olunur ki, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulmuş 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib.