"Məqsəd Rusiyada çaxnaşma yaratmaq idi" - FOTO
    • 24-03-2024, 00:10
    • 125

"Məqsəd Rusiyada çaxnaşma yaratmaq idi" - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı paylaşım edib.

News24.az axsam.az-a istinadən xəbər verir ki, bloger instaqramda yerləşdirdiyi paylaşımda bunları yazıb:

"Terrorçuların milləti yoxdur. Qatillərin dini yoxdur. Ailələrə səbr. Təxribatlara aldanmayın və bir yerdə qalın. Rusiya xalqının birliyini heç kim poza bilməz. Məqsəd Rusiyada çaxnaşma yaratmaq idi. Rusiya çoxmillətli dövlətdir və gücü böyükdür. Səbəbkarlar bütün millətdən ola bilərlər. Taciklər isə yaxşı insanlardır. Mənim də tacik dostlarım var. Prezidentimiz dediyi kimi, səbəbkarlar cəzalandırılacaqlar" deyə, Həsənov vurğulayıb.

Qeyd edək ki, terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb