Ən yalançı bürclər - Pinokyo ilə yarışırlar
    • 25-03-2024, 18:55
    • 290

Ən yalançı bürclər - Pinokyo ilə yarışırlar

Astrologiyada yalan danışma vərdişi olan insanlar haqda ipucu verən ulduz falı var.

News24.az Yenisabah.az-a istinadən sizə əsla etibar etməməli olduğunuz ən yalançı bürcləri təqdim edir:

Əkizlər

Əkizlər bürcü mövcud şəraitə görə dəyişir. Buna görə də o, reallığı təhrif etmək qabiliyyətinə malikdir. Merkuri tərəfindən idarə olunan Əkizlər anında yalan söyləyə bilir. Əkizlər bürcünün sizi aldadıb-aldatmadıqlarını bilmək çətindir. Onlar şirin dilləri və xoş söhbətləri ilə bütün yalanlarını örtbasdır edə bilirlər. Beləliklə, heç kim onların yalan danışdığından şübhələnmir.

Əqrəb

Bürclərin “ən yaxşı yalan danışanı” arasında lider Əqrəbdir.  Əqrəbin qeyri-adi yalan danışmaq qabiliyyəti hisslərini gizlətməkdə mahir olmaqlarından irəli gəlir. Əqrəb yalandan həzz alır. Bəzən yalanlarına o qədər qapılır ki, hətta özləri belə onların doğru olduğuna inanmağa başlayırlar. Əqrəblər yalan danışdıqda ondan şübhə etməməyinizə çalışırlar, lakin Əqrəbi yaxşı tanıyanlar onların yalanlarını anlamaqda çətinlik çəkmirlər.

Oğlaq

Hər şeyə olduğu kimi, Oğlaqlar yalana da ciddi yanaşırlar. Yalan danışmaq sürətli ağıl və özünə inam tələb edir. Oğlaq bu iki ehtiyacı rahatlıqla qarşılayır. Bu səbəbdən yalan danışmaqda müvəffəqiyyətli olan Oğlaq bürcünün yalanını tutmaqda çətinlik çəkə bilərsiniz.