-
- 11-08-2020, 09:59
- 673
Sağlamlığınız üçün YALAN DANIŞMAYIN – Yalançı insanların dəhşətli ağrıları
Bəzən yalan danışmaq xilaskar funksiyanı yerinə yetirsə də, bunun bir qarşılığı var. Fransanın “Notre Dame” universitetində aparılan araşdırmaya görə, yalan danışan insanların ciddi baş və boğaz ağrısı olur. Həmçinin, həmin şəxslər depressiyaya tez düşür. Digər tərəfdən Niderlandda edilən bir araşdırma isə yalan danışan insanların 3 ortaq xüsusiyyətini ortaya qoyub.
News24.az xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzetinin hesabatına görə, az yalan danışan insanların münasibətləri daha möhkəm olur.
Tədqiqat aparan komandanın lideri Anita Keli 18-71 yaş arasındakı 110 adamı 10 həftə araşdırdıqlarını bildirib. Mövzuları iki qrupa ayıran komanda, bir qrupa tədqiqat boyu yalan danışmaq azadlığı verib, digər qrupdan isə dürüstlük prinsiplərinə tam əməl etmələrini istəyib. Nəticələrdən aydın olub ki, yalançı komandanın üzvlərinin baş və boğaz ağrısı olduğu halda dürüst komandanın üzvlərinin zehni və fiziki sağlamlıqları müsbətə doğru dəyişib. Kelinin araşdırmasına görə, bir insan həftədə orta hesabla 11 yalan danışır.
Digər tərəfdən, Niderlandda “Maastricht” universitetinin yeni araşdırmasına görə, yaxşı yalan danışan insanların 3 ümumi xüsusiyyəti var:
İlk olaraq tədqiqatçılar yaxşı yalançı olduqlarını iddia edənlərin gündəlik həyatda danışdıqları yalanın məsuliyyətini üzərlərinə götürdüklərini müşahidə edib.
İkinci sırada isə qeyd olunub ki, deyilən yalanların çoxu əhəmiyyətsiz olur. Adətən bu yalanlar həmkarlar və dostlarla ünsiyyətdə tez-tez istifadə olunur.
Yaxşı yalançıların ortaq olan üçüncü xüsusiyyəti aldatmaqdır. Bu isə onların danışdıqları yalana ilk olaraq özlərini inandırması ilə bağlıdır.
Məhərrəm