16 yaşlı qızı maşın vurdu
    • 26-03-2024, 09:00
    • 183

16 yaşlı qızı maşın vurdu


Mingəçevirdə 16 yaşlı qızı maşın vurub.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Əşya bazarı yaxınlığında baş verib.

"Azsamand" markalı avtomobil 16 yaşlı piyada Əsgərova Mədinə Rüstəm qızını vurub.

Yaralı piyada xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.