Şəkidə 56 yaşlı piyadanı maşın vurub
    • 3-04-2023, 22:37
    • 290

Şəkidə 56 yaşlı piyadanı maşın vurub

Şəkidə 56 yaşlı piyadanı maşın vurub.

News24.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib.

Rayon sakini İbrahim Abdulsəlimi idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə piyada 1967-ci il təvəllüdlü Xəzəngül Həsənxan qızı Mənsimovanı vurub.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.