Məşhur aktyor əməliyyat olundu - FOTO
    • 26-03-2024, 09:23
    • 497

Məşhur aktyor əməliyyat olundu - FOTO

Hollivudun məşhur aktyoru Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub.

News24.az xəbər verir ki, bu barədə aktyor özü yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, əməliyyatdan sonra ona kardiostimulyator quraşdırılıb.

“İndi robot olmağa daha yaxınam”, - Arnold Terminator obrazına assosiasiya ilə zarafat edib.

Mehriban Mirzəzadə