Şvartsenegger Putinə çağırış etdi
    • 18-03-2022, 13:53
    • 1 561

Şvartsenegger Putinə çağırış etdi

11 milyon rusun Ukrayna ilə qohumluq əlaqəsi var. Ona görə də atdığınız hər güllə qardaşa, bacıya dəyir. Prezident Vladimir Putinə səslənirəm: Sən bu müharibəni başlatdın, ona rəhbərlik edirsən. Müharibəni sən dayandıra bilərsən!

Bu sözləri məşhur Hollivud aktyoru Arnold Şvartsenegger deyib.

“Ukraynanın işğalına küçələrdə etiraz edən bütün ruslar, dünya sizin cəsarətinizi gördü. Cəsarətinizin nəticələrini çəkdiyinizi bilirik. Həbs olundunuz, döyülmüsünüz. Siz mənim yeni qəhrəmanlarımsınız. Siz Rusiyanın əsl ürəyinə sahibsiniz”, - Şvartsenegger rus xalqına müraciətlə bildirib. /Kult.az/