-
- 26-03-2024, 21:50
- 412
Botoks etdi, iflic oldu
ABŞ-da yaşayan 36 yaşlı Alicia Hallock miqren müalicəsi üçün 5 il botoks iynəsi vurub. 5 ildən sonra Hallok yan təsirlərlə üzləşərək xəstəxanaya yerləşdirildi.
News24.az xəbər verir ki, botoks səbəbiylə nadir fəsadlar keçirən gənc qadın bu fəsadın boyun əzələlərini iflic etdiyini, tüpürcəkdə boğulmasına və başını belə qaldıra bilməməsinə səbəb olduğunu bildirib.
Gənc qadın, "Botoks boynumdakı əzələlərə yayıldı və bir çox problemlərə səbəb oldu. Göz qapaqlarım aşağı düşərək çox təzyiqə, bulanıq görmə və başgicəllənmə oldu. Boynumun əzələləri iflic olduğu üçün başımı qaldıra bilmirəm. Ən pisi o idi ki, bir neçə gün içdiyim suda, hətta öz tüpürcəyimdə boğuldum. Udmaqda ciddi çətinlik çəkirdim" dedi.
Alicia sosial media hesabında yazdığı paylaşımda “daimi nəzarət altında reanimasiya şöbəsinə köçürüldüyünü, ağciyərlərində və boğazında sıxışan bütün bəlğəmi çıxarmaq üçün boğazına borular taxıldığını” da yazıb.
Həkimlər, Alicia'nın əvvəlki miqren müalicələrində heç bir problem yaratmayan Botoksun niyə yayıldığına və ya birdən-birə bu qədər pis reaksiya verdiyinə əmin olmadıqlarını söylədilər.
Hallock, inyeksiyadan sonra üç gün ərzində boyun sərtliyi kimi simptomlar hiss etməyə başladığını, bunun növbəti həftə ərzində tədricən pisləşdiyini, lakin xəstəxanaya getmək üçün doqquz gün gözlədiyini və nəticədə reanimasiya şöbəsinə yerləşdirildiyini söylədi.
18 gün xəstəxanada müalicə olunan və qismən iflic olan qadın evə buraxılıb. Müalicəsi evdə davam edir.
Günel Məlikzadə