Çadda mina partlayışı: 7 hərbçi öldü
    • 26-03-2024, 22:35
    • 131

Çadda mina partlayışı: 7 hərbçi öldü


Çadda silahlı cihadçı qrupların fəaliyyət göstərdiyi Çad gölü bölgəsində minanın partlaması nəticəsində 7 əsgər həlak olub.

News24.az Axar.az-a istinadla xəbər verir kiki, bu barədə Çad Prezidenti Mahamat İdriss Debi İtno məlumat verib.

“Paytaxtdan təxminən 200 kilometr şimalda yerləşən Çad gölü əyalətinin Çuku Telia kəndində mina partlayışı zamanı 7 Çad əsgəri ölüb, bir neçəsi yaralanıb”, - deyə prezident qeyd edib.