Azərbaycan XİN-dən mina təhdidi ilə bağlı çağırış
    • 13-07-2023, 22:16
    • 310

Azərbaycan XİN-dən mina təhdidi ilə bağlı çağırış

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır.

News24.az​​​ xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.

“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.

Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, - tvitdə qeyd olunub.