Tərtərdə mina partlayışı nəticəsində 3 nəfər öldü
    • 28-04-2023, 20:57
    • 288

Tərtərdə mina partlayışı nəticəsində 3 nəfər öldü

Tərtər rayonunda mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il aprelin 28-i tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.