Gürcüstan-Ermənistan yolu bağlandı
    • 26-03-2024, 23:10
    • 156

Gürcüstan-Ermənistan yolu bağlandı


Gürcüstan-Ermənistan sərhədinə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, buna səbəb qar fırtınası və görüntünün zəifləməsi olub.

Məhdudiyyət Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110-cu km-dədir (Paravani aşırımı).

Həmin marşrutun 110-147-ci km-də ağır yük və oturacaq yeri 22-dən çox olan avtomobillərin keçidi qadağan edilib.