İrəvan Türkiyə ilə sərhədə gedən yolda yeni körpü tikəcək
    • 30-05-2023, 11:17
    • 134

İrəvan Türkiyə ilə sərhədə gedən yolda yeni körpü tikəcək

Ermənistan hakimiyyəti M3 dövlətlərarası avtomobil yolunun üzərində, Lusaqyux qəsəbəsi yaxınlığında yeni körpü tikəcək. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın Yol İdarəsi Fondu məlumat yayıb.

Avtomobil yolu Türkiyə sərhədindən başlayaraq Marqara, Vanadzor, Taşirdən keçərək Gürcüstan sərhədinə qədər uzanacaq.
Hazırda körpü tamamilə sökülüb, yerində yenisi inşa ediləcək. Körpünün bünövrəsinin quraşdırılması, dəmir-beton plitələrlə təchiz edilməsi nəzərdə tutulub. Tikinti dövlət tərəfindən maliyyələşdirilir.
Maksimal çəkisi 7 ton olan avtonəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulan Lusaqyux qəsəbəsi yaxınlığındakı dolama körpü də təmir olunacaq.

Akqabay