-
- 26-04-2019, 10:22
- 1 373
Moskvada qumar borcuna görə azərbaycanlı jurnalist güllələndi - EKSKLÜZİV - FOTO
Dünən gecə Moskva metropoliteninin “Novıye Çeryomuşki” stansiyası yaxınlığında odlu silahdan qətlə yetirilmiş iki nəfərin meyiti aşkarlanıb.
News24.az-a daxil olan məlumata görə, meyitləri tapılmış kişilərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onların hər ikisi azərbaycanlıdır. Qətlə yetirilmiş şəxslərdən biri Vaqif Hümbətovun cibindən onun adına verilmiş “The Moscow Times” qəzetinin vəsiqəsi də tapılıb. Digər şəxsin isə 60 yaşlı Rəsul Abdullayev olduğu müəyyən edilib.
Şahidlərin bildirdiyinə görə, iki kişi yüksək səslə mübahisə edib və bundan sonra onlardan biri cibindən tapança çıxarıb. Əvvəlcə o, öz qurbanını güllələyib, daha sonra isə özünü vuraraq intihar edib.
News24.az-a Moskvadakı mənbənin verdiyi məlumata görə, hadisə qisas zəminində baş verib. Vaxtıyla oğlunu qumar borcuna görə öldürüldüyünə görə, 60 yaşlı Rəsul Abdullayev “Naqan” markalı tapança əldə edərək qurbanını metronun qarşısında güllələyib. Oğlunun qatilini öldürdükdən sonra, özünü də güllə ilə vurub.