Komaya düşən 11 yaşlı Xədicədən YENİ XƏBƏR — ÖZƏL
    • 27-03-2024, 11:35
    • 9 176

Komaya düşən 11 yaşlı Xədicədən YENİ XƏBƏR — ÖZƏL

Xəbər verdiyimiz kimi, Bakı Sağlamlıq Mərkəzində anesteziya üsulu ilə dişi müalicə olunan 11 yaşlı uşaq komaya düşüb. Hadisəyə səbəbin isə həkim səhlənkarlığı olduğu deyilir.

News24.az Xədicənin hazırki vəziyyəti ilə maraqlanıb. Zərərçəkən uşağın atası Zamin Babayev saytımıza açıqlamasında bildirdi ki, Xədicə hələ də huşsuz vəziyyətdədir:

"Xədicənin səhhətində irəliləyiş yoxdur. Həkimlər sağalma ehtimalı üçün Türkiyədə kök hüceyrə nəqli olmalıdı deyir. Bundan sonra uzun müddətli müalicə, fizioterapiya və digər baha başa gələn müalicələrdən keçməlidir. Bunlar da bahalı müalicələrdir".

Xatırladaq ki, Zamin  Babayev 21 fevralda 11 yaşlı qızının dişini müalicə edib plomb qoyulması üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndirilib. Valideyn prosesin sedasiya üsulu ilə həyata keçirilməsini istəyib. Lakin həkim özbaşına aneztesiya üsulu ilə müalicəyə başlayıb. Anestezioloq Fərəh Amanova uşağa narkoz qoşub otaqdan çıxıb. Səhlənkarlıq nəticəsində uşaqda oksigen çatışmazlığı yaranıb və komaya düşüb. Komaya düşəndən sonra 4 gün müddətində Bakı Sağlamlıq Mərkəzində uşaq düzgün müalicə olunmayıb. 4 gün sonra uşaq ambulansla Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Orada məlum olub ki, aneztezioloqun səhlənkarlığına görə uaşğın beyin 4-5 dəqiqə oksigensiz qalıb. İlk 72 saatda olunmalı olan müdaxilənin hec biri olunmayıb və uşağın beyninin bir hissəsi zədələnib və  hazırda 11 yaşlı uşaq komadadır. Həkimlərin bildirdiyinə görə, uşaq ən yaxşı halda yataq xəstəsi olacaq".

Qumral