-
- 28-03-2024, 08:45
- 183
Rusiyada güclü zəlzələ baş verdi
Rusiyanın Kamçatka yarımadasının sahilində 5,6 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Xidmətin verilənlərinə görə, zəlzələnin ocağı Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat daxil olmayıb.