Bu gün ilk Qədr gecəsidir
    • 28-03-2024, 10:40
    • 207

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir.

News24.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi başlayacaq:

"Bundan əlavə, martın 30-u və aprelin 1-də Qədr gecələri olacaq. Aprelin 5-də isə vəhdət üçün sonuncu Qədr gecəsi olacaq".