-
- 20-05-2020, 10:45
- 1 291
Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (Əhya) gecəsi olacaq.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) News24.az-a verilən məlumata görə, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il sonuncu Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə Ramazanın 22-ci gününə, yəni mayın 16-dan 17-nə keçən gecəyə təsadüf edib.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.