4 nəfər arıqlama dərmanından öldü - Araşdırma başladı
    • 28-03-2024, 13:01
    • 186

4 nəfər arıqlama dərmanından öldü - Araşdırma başladı

Yaponiyada “Beni-koji” pəhriz dərmanının qəbulu səbəbindən həyatını itirənlərin sayı 4-ə yüksəlib. 

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, Kobayashi Pharmaceutical Co. Şirkətindən verilən məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji”ni qəbul edən daha 2 nəfər ölüb. Bununla da ölənlərin sayı 4-ə çatıb. 

Ölənin "böyrək xəstəliyinin əlamətləri olduğunu" bildirilərkən, onlardan birinin 2021-ci ildən, digərinin isə 2022-ci ildən bu dərmanlardan istifadə etdiyi bildirilib. 

Araşdırmalar davam edir. 

Qeyd edək ki, ötən gün şirkət "Beni-koji" istehlak edən 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. 

Rəsmi Kyodo agentliyinin məlumatına görə, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi (MHLW) “Beni-koji” kateqoriyasındakı məhsulların tərkibində zəhərli maddə olduğundan şübhələnir. 

Bildirilib ki, nazirlik mərkəzi ofisi cənubda Osaka metropolisində yerləşən şirkətə qarşı araşdırma başlatmağa hazırlaşır. 

Məlumat verilib ki, şirkət 2023-cü ildə 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb. 

1919-cu ildə qurulan Yapon Kobayashi Pharmaceutical Co. əczaçılıq şirkəti çoxlu sayda sağlamlıq, gigiyena və qida əlavələri məhsullarını reseptsiz satır.