Tanınmışlar Şəbnəmin yeni klipində - "Möhtəşəm"
    • 1-08-2018, 10:44
    • 1 098

Tanınmışlar Şəbnəmin yeni klipində - "Möhtəşəm"

"Ağır cinayət" mahnısı ilə çoxlarının qəlbinə yol tapmağı bacaran müğənni Şəbnəm Qəhrəmanova yeni klipini təqdim edib. 

"Möhtəşəm" adlı bəstənin söz və musiqisi Elçin Məhərrəmova, aranjimanı İlkin Həsənə aiddir. 

Ekran işinin rejissoru Nail Naiboğlu, operatoru isə DeLee-dir.

Klipdə aparıcıları Könül Muxtarova, Arzu Həmzəyeva, rəqqasə Renka və müğənni Əhməd Mustafayev rol alıb. 

Teymur Məmmədov