"Bir də mahnı oxusam, Allah bəlamı versin"
    • Bu gün, 15:15
    • 318

"Bir də mahnı oxusam, Allah bəlamı versin"

Məşhur müğənni Serdar Ortaç qatıldığı verilişlərin birində borclarından danışıb.

Milli.Az xəbər verir ki, sosial mediada da aktiv olan məşhur müğənni proqramda çıxış edərkən həyatın çətinliklərindən və borclarından bezdiyini bildirib. O, borclarını ödəmək üçün var gücü ilə çalışdığını və bu səbəbdən bir müddət daha mahnı oxumağı düşünmədiyini vurğulayıb.

O, proqramda "İşləmək istəmirəm, amma borcları ödəmək üçün çalışıram. Bütün vergi idarələrinə və bankalara olan borclarımı ödə, sabah bir də mahnı oxusam, Allah bəlamı versin" ifadəsini işlədib.

Müğənninin bu açıqlamaları, həm sosial mediada, həm də pərəstişkarları arasında diqqət çəkib və onun borc yükü altında necə sıxıldığını göstərib.