Dəhşət! Ata azyaşlı qızını zəncirlə bağladı - VİDEO
    • 28-03-2024, 14:47
    • 345

Dəhşət! Ata azyaşlı qızını zəncirlə bağladı - VİDEO

Sankt-Peterburqun Entuziastov prospektində ailəsi ilə birlikdə kirayədə yaşayan şəxs 12 yaşlı qızına sistemli şəkildə təcavüz edib. Ata qızı döyüb, yeməyə qoymayıb və onu zəncirlə bağlayıb.

News24.az xəbər verir ki, bu barədə Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs saxlanılıb və barəsində “İşgəncə” maddəsi ilə cinayət işi açılıb. Qız sosial uşaq müəssisəsinə köçürülüb, onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Qeyd edək ki, martın 28-də şübhəli şəxs istintaq zamanı məhkəmə qərarı ilə həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Məhkəmə qızına işgəncə verdiyinə görə cinayət işi üzrə təqsirləndirilən 43 yaşlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Mehriban Mirzəzadə