-
- 26-04-2019, 14:16
- 1 271
Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 26-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında Balakən, Zaqatala, Oğuz, Şəki və Qax rayon sakinlərini qəbul edib.
Vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.