-
- 6-03-2019, 15:00
- 898
Səhiyyə naziri bir neçə rayon sakini ilə görüşüb
Bu gün səhiyyə naziri Oqtay Şirəliyev bir çox rayonda sakinləri qəbul edib.
Nazirlikdən News24.az-a verilən məlumata görə, nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.
Səhiyyə naziri Oqtay Şirəliyev bu gün də qəbul cədvəlinə uyğun olaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Hacıqabul, Ağsu, Zərdab, Kürdəmir və Ucar rayon sakinlərini qəbul edib. 22 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.