-
- 29-03-2024, 08:58
- 444
Məktəbli hepatit A-ya yoluxdu
Novosibirskdəki məktəblərin birində uşaqlar hepatit A-ya yoluxub, vəziyyət Rospotrebnadzorun regional departamentinin nəzarəti altındadır.
News24.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssislərin sözlərinə görə, 190 saylı orta məktəbin şagirdləri arasında iki yoluxma faktı qeydə alınıb. Şöbə epidemioloji araşdırmalara başlayıb. Xəstələrin müəyyən edildiyi sinifdə 35 gün müddətinə karantin tətbiq edilib. Yoluxmuş insanlarla təmasda olan məktəblilər gündəlik nəzarətdə saxlanılır. Təhsil təşkilatı uşaqların və işçilərin epidemiya əlamətlərinə görə dezinfeksiya və immunizasiyasını həyata keçirir.
Günel Məlikzadə