Azərbaycanda şagirdlər arasında QORXUNC VİRUS YAYILIR
    • 16-11-2023, 17:47
    • 407

Azərbaycanda şagirdlər arasında QORXUNC VİRUS YAYILIR

Azərbaycanda Şagirdlər Arasında Hepatit A Virusuna yoluxma artıb.

News24.az xəbər verir ki, Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.

“Unikal”ın məlumatına görə, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.