Merilin Monronun yaxınlığındakı məzar hərraca çıxarıldı
    • 29-03-2024, 09:55
    • 420

Merilin Monronun yaxınlığındakı məzar hərraca çıxarıldı

Ölümləri sənət aləmində dərin kədərə səbəb olan Merilin Mur və Hyu Hefnerin yaxınlıqdakı məzarları hərraca çıxarılır.

News24.az xəbər verir ki, Monronun Los-Ancelesdəki məzarının üstündəki bir sıra və solunda dörd boşluq hərraca çıxarılacaq. Hərraca çıxarılacaq məzarın dəyəri 400 milyon TL-dir. Hugh Hefnerə çox yaxın olan məzarın alıcısı artıq maraq mövzusuna çevrilib.

Qeyd edək ki, Julien's Auctions tərəfindən keçiriləcək hərracda Merilin Monronun The Seven Year Itch filmində geyindiyi paltar və The Misfits filminin premyerasında geyindiyi paltar, həmçinin üz qabığında olan ilk Playboy jurnalı da satışa çıxarılacaq. Elizabet Ardenin pomadası, Hefnerin pencəyi və ipək pijamaları da hərraca çıxarılacaq.

Günel Məlikzadə