-
- 4-07-2018, 17:58
- 2 756
Milli Məclisin maşını “su qiymətinə” satışda
Qeyd edək ki, 2006-cı il istehsalı olan “BMW 730” markalı avtomobil Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansına aiddir. Avtomobilin hərracda start qiyməti 25200 manatdır.
Hərraca çıxarılan “Nissan Maxima” Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansındadır. Bu avtomobilin hərracda start qiyməti 2350 manatdır.
Hərracda o cümlədən start qiyməti 3500 manat olan Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına aid iki ədəd “FIAT Doblo” avtomobili də çıxarılıb.
Onu da bildirək ki, Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca təqdim edilib.