Toy kostyumu 2 milyona satılır
    • 23-11-2022, 18:22
    • 230

Toy kostyumu 2 milyona satılır

Merilin Monronun evlilik kostyumu 2 milyon dollara satılacaq

News24.az xəbər verir ki, amerikalı aktrisa və müğənni Merilin Monronun ağ xəz yaxalıqlı yubka və pencəkdən ibarət tünd qəhvəyi rəngli iki hissəli kostyum satışa çıxarılır.

O, həmin geyimdə 1954-cü ilin yanvarında məşhur beysbolçu Joe DiMaggio ilə evlənmişdi. Qeyd olunur ki, aktrisa kostyumu Nyu-Yorkun Manhettendə yerləşən “Macy's” univermağından alıb, daha sonra şəxsi fotoqrafı Milton Qrinin qayınanasına hədiyyə edib.

Məlumdur ki, lot “Gotta Have Rock and Roll” platformasında auksion iştirakçılarına alış üçün təklif olunacaq. Geyimin ilkin dəyəri 1,5 milyon dollardır. Bununla belə, hərracın təşkilatçıları kostyum üçün ən azı 2 milyon dollar almağı planlaşdırırlar.

2016-cı ilin noyabrında əvvəllər Merilin Monroya məxsus olan “Blancpain Cocktail Watch” markalı saat Los-Ancelesdəki hərracda 25 min dollara satılıb.
/Publika.az/